Yuxarı

“First lady” Çinə getməkdən qorxur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın birinci xanımı Mişel Obama Çinə səfər etməkdən qorxur.

"Axar.az" xəbər verir ki, bu barədə Assoşeyted Press agentliyi xəbər yayıb.

Məlumatda deyilir ki, birinci xanımın ilk səfəridir ki, həmin ölkədə siyasi məsələlərdən danışmayacaq. Belə ki, M. Obamanın səfər cədvəlinə əsasən o, Pekin Universitetində təhsil alan çinli və amerikalı tələbələrlə görüşəcək. Daha sonra Xi və Çenqdu şəhərlərinə səfər edəcək.

Məlumata əsasən birinci xanımın səfər cədvəlinə dəyişiklik edilib və insan hüquqları, ticarət və kibertəhlükəsizlik məsələləri ilə əlaqədar görüşlər cədvəldən çıxarılıb. Bu, onun Çinə ilk səfəri zamanı siyasi məsələləri müzakirə etmək istəməməsi ilə əlaqələndirilir.

Xatırladaq ki, Mişel Obama gələn həftənin çərşənbə axşamı iki qızı ilə birlikdə Pekinə 1 həftəlik səfər edəcək. Onun cümə günü Çin prezidenti Xi Jinpinqin həyat yoldaşı Penq Liyuanla görüşməsi gözlənilir.

Tarix
2014.03.20 / 12:45
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla