Yuxarı

Türkiyədə dəhşətli yanğın: 3 ölü, 8 yaralı - Fotolar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə dəhşətli yanğın: 3 ölü, 8 yaralı - Fotolar

Türkiyənin Qaziantep Şahinbəyində bir tikiş fabrikində yanğın başlayıb.

Bakı vaxtı ilə saat 12:20 radələrində parça istehsalı ilə məşğul olan "Hacı Böyükbeşə İş Mərkəzində" yanğın başlayıb. Səbəbi bilinməyən yanğın nəticəsində 3 mərtəbəli binanı qısa zamanda alov bürüyüb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşınlar cəlb edilib. Təlaş içində olanlar xilasedicilərin köməkliyi ilə çıxarılıb.

Tüstüdən təsirlənənlərə yerindəcə müdaxilə edilib. Lakin 3 nəfəri qorumaq mümkün olmayıb. Onlar alovlar arasında can verib. 8 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda yanğının qarşısı alınsa da, soyutma işləri davam etdirilir.

Tarix
2013.11.07 / 13:46
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla