Yuxarı

İtmiş təyyarə ilə bağlı Antarktidaya gəmi göndərilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtmiş təyyarə ilə bağlı Antarktidaya gəmi göndərilir

Malaziyaya məxsus itən təyyarə ilə bağlı Hind okeanında Avstraliyanın rəhbərliyi altında aparılan axtarış işlərində hər hansı təyyarə qalığına rast gəlinmədiyi üçün axtarışın əhatə dairəsi genişləndirilib.

"Axar.az" xəbər verir ki, peyklər tərəfindən təyin edilən və itən Malaziya təyyarəsinə məxsus sayılan dəmir parçalarını tapmaq hələ də mümkün olmayıb.

Bölgədə olan 6 gəmi də Malaziya təyyarəsinin axtarış işlərinə başlayıb.

İtən təyyarədə 153 sərnişini olan Çin axtarış işlərinə ən azı 7 gəmi ilə qatılacağını bildirib.

Avstraliya Federal Hökumətinin Baş nazir müavini Varren Truss peykdən təsbit edilən dəmir parçalardan birinin itən təyyarəyə aid olduğunu qeyd edib.

Çin həmçinin bildirib ki, buzqıran gəmi ilə Antarktidada axtarış aparacaqlar.

İtən təyyarədə olan sərnişinlərin yaxınları isə hava gəmisinin okeana düşmədiyini və sərnişinlərin sağ olduqlarını israr edirlər.

Tarix
2014.03.23 / 01:50
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla