Yuxarı

Azərbaycanlı oliqarx Putinə müraciət etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı oliqarx Putinə müraciət etdi

Rusiyada yaşayan azərbaycanlı oliqarx, "Milyarderlər İttifaqı"nın üzvü, prezidentin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov Azərbaycan xalqını təhqir etmiş Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski ilə bağlı ölkə başçısı Vladimir Putinə müraciət edib.

Məlumata görə, martın 19-da Kremldə qəbul edilən məktubunda S.Sadıqov Jirinovskinin Azərbaycan xalqının qədim tarixini bilmədiyini vurğulayaraq, onu hətta Rusiya tarixini bilməmək və öyrənmək istəməməkdə ittiham edib:

"Hörmətli Vladimir Putin, Jirinovskinin Dövlət Dumasının divarları arasında dediyi sözlərlə bağlı ölkənin prezidenti və Konstitusiyanın qarantı kimi Sizə müraciət edirəm. Siyasi xadim, seçicilərin müəyyən hissəsini təmsil edən Vladimir Jirinovski başqa millətlərin ünvanına təhqirlər səsləndirməyi özünə rəva bilir. Mən belə hesab edirəm ki, RLDP-nin lideri bu və ya digər xalqın ünvanına təhqiramiz ifadələr işlədərkən nəticələr barədə düşünməyərək millətlərarası nifaq yaradır. Bununla yanaşı, niyə indiyə qədər Jirinovskinin həmkarları olan deputatlardan heç bir reaksiya yoxdur? Prokurorluq orqanları, DİN millətlərarası nifaq yaratmağa yönələn bu çıxışları sanki görmür. Rusiyaya daxildə millətlərarası nifaq lazım deyil, bizə xaricdə müttəfiqlər lazımdir. İmkan verə bilmərik ki, 55 milyon azərbaycanlı Jirnovskinin korrektə edilməmiş belə fikirlərinə görə Rusiyaya düşmənçilik hiss etsin. Mən sizin sələhiyyətli nümayəndəniz, Milli Münasibətlər Şurasının üzvü kimi Prokurorluğa, İstintaq Komissiyasına, DİN-ə Vladimir Jirinovskinin fikirləri ilə bağlı araşdırma aparmaq barədə tapşırıq vermənizi xahiş edirəm" ("Modern.az").

Tarix
2014.03.23 / 17:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla