Yuxarı

Dünyanın ən güclü qasırğası yaxınlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın ən güclü qasırğası yaxınlaşır

Filippinə bu ilin ən güclü qasırğası yaxınlaşır. Yerli hökümət və əhali Xayan tayfunun gəlişi ilə bağlı ciddi hazırlıq işlərinə başlayıb. Sinoptiklərin proqnozlarına görə, tayfunun özüylə gətirəcəyi küləyin sürəti saatda 300 kilometrə çata bilər və bunun kifayət qədər ciddi fəsadlara yol açacağı istisna edilmir.

Siklonun ümumu çevrəsi 600 kilometr məsafəni əhatə edir. Fəlakətin keçəcəyi ərazidə 12 milyona yaxın insan yaşayır. Digər problematik məqam, həmin ərazidə küləyin gücünü azaldacaq dağların olmamasıdır. Üstəlik gözlənilən fəlakət zonasında dünyanın ən məşhur kurort məkanlarından olan Boxol və Borakay yerləşir.

Hökümət artıq daşqınların gözlənildiyi düzənlik ərazidə yaşayan əhalinin, həmçinin çadırlarda və müvəqqəti sığınacaqlarda yaşayan sakinlərin evakuasiya olunmasına dair göstəriş verib.

Filippin hər il yay və qış aylarında çoxsaylı iqlim aktivliyinin mərkəzinə çevrilir və çox vaxt əhali bir təbii fəlakətin fəsadlarından özünü gəlməmiş, başqası ilə üzləşib. (Euronews)

Tarix
2013.11.07 / 21:48
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla