Yuxarı

Putin əmr verdi: 55 minlik qoşun ayağa qalxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna sərhədində irimiqyaslı hərbi təlimlərə start verən Rusiya döyüş gəmilərini Krım sahillərinə göndərib.

Axar.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin əmri ilə 55 minlik qoşun Ukrayna sərhədinə yeridilib.

Təlimlərdən sonra hazırda 7500 əsgərin xidmət etdiyi Qərb sərhədlərində hərbçi sayının artırılacağı gözlənilir. Ayrıca, Qara dənizdə olan gəmilərə hər an döyüş hazırlığı göstərişi verilə bilər.

Qeyd edək ki, Moskvanın bu cür kəskin addımlar atmasına səbəb rəsmi Kiyevin Krım yaxınlığında keçirdiyi raket sınağı olub. Kiyev rəhbərliyi atılan raketlərin Krımın hava sahəsindən 30 kilometr aralı keçdiyini açıqlayıb.

Rusiya Ukraynanın keçirdiyi hərbi təlimlərin beynəlxalq hüquqa zidd olduğunu bildirib.

Xatırladaq ki, Rusiya 2014-cü ildə Krım yarımadasını özünə biləşdirib. Ukraynanın şərqində Rusiya meyilli qiyamçılarla hökumət qüvvələri arasında təxminən 1 il davam edən qarşıdurmalarda hər iki tərəfdən 10 mindən çox insan həlak olub. ABŞ və Avropa Birliyi Moskvanı Ukraynada qiyamçılara dəstək verməkdə günahlandıraraq iqtisadi və siyasi sanksiyalar tətbiq edib.

Tarix
2016.12.01 / 18:03
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla