Yuxarı

Azərbaycanla danışıq aparırıq - Rusiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

OPEK ölkələri kimi, Rusiya da kartelə daxil olmayan ölkələrlə neft hasilatının azaldılması ilə bağlı danışıqlar və məsləhətləşmələr aparır. Bu barədə jurnalistlərə Rusiya Federasiyası Energetika Nazirliyinin rəhbəri Aleksandr Novak məlumat verib.

Axar.az xəbər verir ki, A.Novak deyib: “Noyabrın 30-da qeyri-OPEK ölkələri ilə məsləhətləşmələr aparan OPEK nümayəndələri bu ölkələrin adlarını açıqlayıb. Biz də müvafiq danışıqlar, məsləhətləşmələr aparırıq. Hesab edirik ki, bu sövdələşmədə həqiqətən iştirak edə biləcək ölkələr var. Bu, Azərbaycan, Qazaxıstan, Meksika, Oman, Bəhreyn və digər dövlətlərdir. Hazırda bu istiqamətdə işlər gedir”.

Noyabrın 30-da OPEK-də 2017-ci il yanvarın 1-dən neft hasilatının sutkada 1,2 milyon barrel azaldılması (32,5 milyon barrelədək) barədə razılıq əldə olunub. Bu saziş kartel üzvü olmayan ölkələrin iştirakını da nəzərdə tutur. Onların hasilatı ümumən gündəlik 600 min barrel azaldılmalıdır. Rusiya bu həcmin 300 min barrelini təmin etməyə razılaşıb.

Tarix
2016.12.01 / 22:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla