Yuxarı

Trampın komandası İranın taleyini müzakirə edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın komandası İranın taleyini müzakirə edir

Trampın komandası artıq İranla imzalanan nüvə müqaviləsinin gələcəyi ilə bağlı daxili diskussiyalara başlayıb.

Axar.az xəbər verir ki, bunu “Foks Nyus” telekanalına müsahibəsində ABŞ-ın yeni vitse-prezidenti Maykl Pens söyləyib. Qatı mühafizəkar vitse-prezident İranla razılaşmanın qüsurlu müqavilə olduğunu bildirib:

“Trampın köməkçiləri bu problemin həllində ona ən yaxşı variantları təklif edəcəklər. Bütün təkliflərdə ilk pillədə ABŞ-ın və müttəfiqlərinin maraqları dayanacaq”.

Pens həmçinin ABŞ-ın İsraili bundan sonra da bütün qüvvələri ilə müdafiə edəcəyini söyləyib.

Qeyd edək ki, seçkiqabağı təşviqat kampaniyası zamanı Donald Tramp İranla imzalanan nüvə müqaviləsini ABŞ üçün rüsvayçılıq adlandırıb və hakimiyyətə gələcəyi təqdirdə onu ləğv edəcəyini bildirib.

Tarix
2016.12.02 / 12:07
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla