Yuxarı

Kerri: Suriyalılar it-pişik əti yeyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kerri: Suriyalılar it-pişik əti yeyir

ABŞ Xarici İşlər naziri Con Kerri Suriyada Əsəd rejiminin yardımların çatmasına maneə törətdiyini və buna görə də suriyalıların it-pişik əti yediyini deyib.

Con Kerri Suriya məsələsinə siyasi həll tapılması məqsədilə keçiriləcək "Cenevrə-2" konfransının tarixinin yaxın günlərdə dəqiqləşəcəyini də söyləyib.

"Axar.az"ın xəbərə görə, Orta Şərqə səfəri çərçivəsində İordaniyanın paytaxtı Ammana gələn Kerri İordaniyalı həmkarl Nasır Cevde ilə birgə mətbuat konfransı təşkil edib. Suriya məsələsinin həll olunması mövzusunda qərarlı olduqlarını bildirən Kerri "Cenevrə-2" Konfransının keçirilmə tarixinin yaxın günlərdə dəqiqləşəcəyinə inandığını bildirib:

"Əsədin vəhşiliyini dayandırmaq üçün çalışmaq lazımdır. ABŞ olaraq düşünürük ki, Əsəd rəhbərlikdən dərhal uzaqlaşmalıdır".

Kerri təxminən 600 min suriyalıya sığınacaq verən İordaniya rəhbərliyinə və xalqına da təşəkkürünü bildirib.

Bu gün isə ABŞ Dövlət katibi Cenevrəyə planlaşdırılmamış səfərə çıxır. Məlumata görə, Rusiya, Çin, Fransa, ABŞ, Böyük Britaniya, Almaniya - P5-in İranla danışıqlarına yardımçı olmaq və İran Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək.

Əgər bu görüş baş tutsa, onda son 35 ildə ABŞ və İran arasında bu, ilk görüş olacaq.

Tarix
2013.11.08 / 09:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla