Yuxarı

Trampın İnvenlə danışığı ABŞ-ı qarışdırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla Tayvan administrasiyasının rəhbəri Tsay İnven arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə Tramp Tvitter səhifəsində yazıb:

“Bu gün Tayvan prezidenti xanım İnven zəng edərək qələbə münasibəti ilə məni təbrik etdi. Təşəkkür edirəm”.

Qeyd edək ki, Trampın Tayvan administrasiyasının rəhbəri ilə telefon danışığı Ağ Evlə razılaşdırılmayıb.

Obama administrasiyasındakı mənbə telefon danışığının rəsmi Vaşinqtonla Pekin arasında münasibətlərə xələl gətirə biləcəyini deyib.

Xatırladaq ki, 1979-cu ildən etibarən ABŞ-ın fəaliyyətdə olan və yaxud yeni seçilən heç bir prezidenti Tayvan rəhbərləri ilə ünsiyyət qurmayıb.

CNN telekanalının xəbərinə görə, rəsmi Pekin hadisə ilə bağlı artıq Ağ Evlə əlaqə saxlayıb, narazılığını bildirib.

Bu hadisədən sonra Tramp Tvitter səhifəsində hazırki iqtidarı tənqid edərək məsələyə belə münasibət bildirib:

“Çox maraqlıdır. ABŞ Tayvana milyardlarla dollar məbləğində hərbi texnika satır. Mən isə telefon zəngini qəbul edə bilmərəm”.

Tarix
2016.12.03 / 12:43
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla