Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyun 2018


“Naməlum əsgərin məzarı”: Brejnevin tərsliyi – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

1966-cı ildə alman qoşunlarının Moskva ətrafında darmadağın edilməsinin 25-ci il dönümündə Leninqrad şosesinin 41-ci kilometrliyində torpağa tapşırılmış naməlum əsgərin qalıqları Kremlin Aleksandrovski bağına gətirilərək təntənəli şəkildə dəfn olundu.

Axar.az xəbər verir ki, dekabrın 3-də naməlum əsgərin qalıqları tabuta qoyularaq avtomobillə Moskvaya gətirilir. Həmin vaxt paytaxtın Manej meydanına yığılan insanların əksəriyyəti göz yaşlarını saxlaya bilmirdi.

“Naməlum əsgərin məzarı” abidəsi isə dəfndən 1 il sonra, 1967-ci il mayın 8-də açıldı. Əbədi məşəli SSRİ Mərkəzi Komitəsinin birinci katibi Leodid İliç Brejnev yandırdı.

Abidənin yaradılması ideyası Moskva partiya komitəsinin birinci katibi Nikolay Yeqorıçev tərəfindən irəli sürülmüşdü. O, I Dünya müharibəsində həlak olan naməlum əsgərin xatirəsinə Parisdə qoyulmuş abidəni görmüşdü və analoji abidənin Moskvada da yaradılmasına qərar vermişdi. Brejnev isə uzun müddət abidənin Kreml divarları önündə qoyulmasına razılıq vermirdi. O, belə hesab edirdi ki, abidənin yeri Aleksandrovski bağı deyil, çünki həmin ərazidə Romanovlar sülaləsinin 300 illiyinə həsr olunmuş obelisk (yuxarıya doğru getdikcə itiləşən, piramida formalı ucu olan tilli sütun. - Red.) ucaldılmışdı.

Lakin Yeqorıçev geri çəkilmir. O, obeliskin başqa yerə köçürülməsini təklif edir və naməlum əsgərin abidəsinin eskizlərini yaradaraq Siyasi Büronun üzvlərinin dəstəyini qazanır. Nəticədə Brejnev layihəni təsdiq etmək məcburiyyətində qalır.

Qeyd edək ki, Kreml divarlarında dəfn olunmuş əsgərin hərbi forması saxlanılır. Hərbi formadan onun sıravi olduğu bilinsə də, sənədləri olmadığından şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Tarix
2016.12.04 / 10:12
Müəllif
Anar Əhmədov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Türk aviasiyası İraqı vurdu: 24 ölü

Almaniya Merkelə görə 2 yerə bölündü

UBER-in rəhbəri görüşmək istədi, qəbul etmədim - Ərdoğan

Prezident seçilsəm, onları həbs edəcəyəm - İlginc bəyanat

ABŞ Türkiyəni belə aldatdı - Rus komandan açıqladı

ABŞ kəşfiyyatından Paşinyana xəbərdarlıq: Çevriliş hazırlanır

Rusiyadan Xəzərlə bağlı – Mühüm sənəd

Kremli “İran piroqu”ndan kənarda qoymaq... – ABŞ planı

4 AKP-çinin qətlə yetirilməsinə Ərdoğandan reaksiya

Kişi kimi dedim: Qanunsuz silahlarım var - Movsisyan

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla