Yuxarı

Bu İncili görən hər kəs öldürülür - Yazıçıoğlunun ölüm sirri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

FETÖ lideri Fətullah Gülənin əmri ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sivasdan seçilmiş deputatı, Böyük Birlik Partiyasının təsisçisi və ilk sədri Muhsin Yazıçıoğlunun 25 mart 2009-cu ildə öldürülməsinin arxasındakı sirr ortaya çıxıb.

Publika.az xəbər verir ki, Yazıçıoğlu "Barnabas İncili"nin filmini çəkdirmək istəyirmiş. Bu, FETÖ liderini narahat edib və onun əmri ilə təşkilatın Türkiyə Hava Qüvvələrindəki üzvləri M.Yazıçıoğlunun mindiyi təyyarəni qəzaya salıblar.

Ortaya çıxan yeni faktlarda qəza zamanı həlak olan M.Yazıçıoğlunun "Bləkberri" ("Blackberry") markalı telefonunda "Barnabas İncili"nin fotoları olub. FETÖ mənsubları həmin telefonun yaddaş kartını oğurlayıblar.

"Barnabas İncili" İsa peyğəmbərin tələbəsi Əziz Barnabas tərəfindən yazılıb. Bu, orijinal İncildir və Vatikanın təbliğ etdiyi İncildən fərqlənir. Həmin İncilin orijinal nüsxəsindən biri də Türkiyə dövlətində olub.

"Barnabas İncili" ortaya çıxsaydı...

Bu İncildə hazırda Vatikanın təbliğ etdiyi xristianlığın, xüsusilə İsa peyğəmbər haqqında bir çox şeyin yalan olduğu barədə faktlar var. Orijinal İncil olaraq tanınan bu kitabda əslində İsa peyğəmbərin evləndiyi, ailəsinin qəbrinin olduğu yer kimi dəlillər var. Buna görə də Vatikan iki min ildir orijinal İncili gizlədir. Bunun ortaya çıxması bütün dünyada dəyişikliyə səbəb ola bilər. İddialara görə, bu İncili kim görürsə, o, mütləq öldürülür.

Maraqlı məqamlardan biri də odur ki, Türkiyə dövləti əlindəki orijinal İncili nə vaxt gündəmə gətirmək istəsə, terror və digər hücumlarla qarşılanır.

Vatikana yaxın olan, hətta "gizli kardinal" olduğu deyilən Fətullah Gülənin məhz "Barnabas İncili"nə görə Yazıçıoğlunun ölüm əmrini verməsi təsadüfi deyil.

Tarix
2016.12.04 / 17:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla