Yuxarı

Dünyanın hərbi liderlərinin adı bilindi - Reytinq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın hərbi liderlərinin adı bilindi - Reytinq

2015-ci il ərzində dünya ölkələrinin hərbi xərcləri 1,676 trilyon dollar olub.

Axar.az xəbər verir ki, bu informasiya Stokholm Beynəlxalq İnstitutu SİPRİ-nin hazırladığı hesabatda yer alıb. Hesabata əsasən, bir il ərzində dünyanın hərbi xərcləri 1% və ya 1,66 milyard dollar artıb. Bu, hərbi xərclər dünyanın ümumi daxili məhsulunun 2,3%-ni təşkil edir.

2015-ci ildə də dünyada ən böyük xərclərə ABŞ sahibdir. Vaşinqtonun payına dünyanın hərbi xərclərinin 36%-i düşür. Ondan sonrakı yerləri isə Çin, Səudiyyə Ərəbistanı və Rusiya tutur.

ABŞ keçən il də dünyada ən böyük silah ixracatçısı olub. Onun ümumdünya silah ixracatında payı 33% təşkil edir. Vaşinqtonun ən yaxın rəqibi isə Rusiyadır. Moskvanın silah ixracatında payı 25% təşkil edir. Silah ixrac edənlərin ilk onluğuna Çin (5,9%), Fransa (5,6%), Almaniya (4,7%), Böyük Britaniya (4,5%), İspaniya (3,5%), İtaliya (2,7%), Ukrayna (2,6%) və Niderland (2%) daxildir.

Ən böyük idxalçıları sırasında isə siyahı tamam dəyişir. Silah idxalçılarına dünyada Hindistan liderlik edir. Hindistan dünya silah idxalatında 14% paya sahibdir. Ondan sonrakı yerləri Səudiyyə Ərəbistanı (7%), Çin (4,7%), Birləşmiş Ərəb Əmirlikləri (4,6%), Avstraliya (3,6%), Türkiyə (3,4%), Pakistan (3,3%), Vyetnam (2,9%), ABŞ (2,9%) və Cənubi Koreya (2,6%) tutur.

Tarix
2016.12.07 / 00:01
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla