Yuxarı

Ukrayna Qazaxıstana nota verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Qazaxıstana nota verdi

Ukrayna Xarici İşlər Nazirliyi Qazaxıstana nota verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, notada Qazaxıstan prezidenti Nursultan Nazarbayevin martın 25-də Haaqada keçirdiyi brifinqdə Ukrayna ilə bağlı söylədikləri fikirlərlə bağlı narahatlıq ifadə olunub.

Qazaxıstanın Ukraynadakı səfirliyin müşaviri Arqin Ospanov Ukrayna XİN-ə çağırılıb.

Notanı ona Ukrayna xarici işlər nazirin birinci müavini Natalya Qalibarenko təqdim edib.

Notada bildirilir ki, N. Nazarbayevin bəyanatı beynəlxalq hüquq və bir çox dövlətlərin mövqeyi ilə ziddir, iki ölkə arasında tərəfdaşlıq əlaqələrinə zərbə vurur və Ukrayna tərəfindən qəbul edilməzdir.

Qeyd edək ki, N. Nazarbayev Haaqada keçirilən brifinqdə bildirib ki, Ukraynanın əsas məqsədi seçkilərin keçirilməsi və vəziyyətin normallaşdırılması, qanuni prezidentin seçilməsi və legitim hökumətim formallaşdırılması olmalıdır.

O əlavə edib ki, bunun əsasında da sülh danışıqlarını keçirmək və vəziyyətdən çıxış yollarını axtarmaq lazımdır.

Tarix
2014.03.27 / 19:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla