Yuxarı

Rusiya BMT qətnaməsini mənasız hesab etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya BMT qətnaməsini mənasız hesab etdi

Rusiya Xarici İşlər Nazirliyi BMT Baş Assambleyasının Ukrayna ilə bağlı qətnaməsini faydasız tədbir adlandırıb və beynəlxalq ictimaiyyəti bu ölkədəki vəziyyəti sabitləşdirməyə çağırıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında deyilir.

"Baş Assambleyanın Ukrayna qətnaməsi ilə bağlı təşəbbüsü Ukraynadakı böhranın həllinə yardımı yalnız çətinləşdirəcək. Beynəlxalq ictimaiyyətin müstəqil düşünən üzvlərini bu ölkədəki vəziyyətin sabitləşdirilməsi üçün real təsir göstərməyə və Krım əhalisinin iradəsinin sərbəst ifadəsinin nəticələrinə hörmətlə yanaşmağa çağırırıq. Bunu inkar etmək mənasızdır", - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, BMT Baş Assambleyasında Krımdakı referendumun nəticələrini tanımayan qətnaməyə 100 ölkə səs verib. 11 ölkə əleyhinə olub, 58 dövlət bitərəf qalıb.

Tarix
2014.03.28 / 11:36
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla