Yuxarı

Aktivist tələbələr universitetdən qovulacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Universitetlərində məlumat yaymaq, bildirişlər paylamaq və afişa asmaq qadağan edilib. İstintaqa cəlb olunan tələbəyə Universitetə giriş qadağan ediləcək.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yüksək Öyrətim Qurumu (YÖK) Tələbə İntizam İdarəçiliyində önəmli dəyişikliklər edib. 27 illik Tələbə İntizam İdarəçiliyi ilk dəfə 2012-ci il 17 avqust tarixində dəyişdirilib. Yeni maddələrlə idarəçilik ikinci dəfə dəyişdirilmiş olub.

Dəyişikliyə görə, Universitet içində icazəsiz bildirişlər paylamaq, afişa və plakat asmaq qadağan olunub. İcazəsiz bildiriş paylayan, afişa və plakat asan tələbələr isə dekan və fakültə rəhbərliyi tərəfindən sorğu-sual ediləcək. Araşdırma nəticəsində tələbələrə cəza veriləcək.

Universitetdə bu işləri icazəsiz edən tələbələr yəni 1 il Universitetdən uzaqlaşdırılacaq. Dekan, müdir və ya rektorun qərarıyla sorğulama bitənə qədər tələbə Universitetə girə bilməyəcək.

Tarix
2013.11.08 / 13:00
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla