Yuxarı

Rusiya Ukrayna ilə hərbi müqaviləsini ləğv edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukrayna ilə hərbi müqaviləni ləğv edəcək.

"Axar.az" xəbər verir ki, bu barədə Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dimitri Peskov məlumat verərək, bu istiqamətdə razılaşmanın ləğvi üçün hazırlıqların başlandığını bildirib.

Həmçinin qeyd edilib ki, Krımın və Sevastopolun Rusiyaya birləşdirilməsindən sonra Kiyevə hər hansı bir ödənişin edilməsi və təbii qazın qiymətlərində endirimin tətbiqi lazım olmayacaq.

Ukrayna Xarici İşlər Nazirliyi isə Rusiyanın müqaviləni ləğv etməsi istiqamətindəki qərarına münasibət bildirib. Rusiyanın Qara dənizdə varlığının formal xarakter daşıdığı və gələcəkdə Rusiyanın filotunu çıxarmaq məcburiyyətində qalacağı vurğulanır.

Rusiyaya məxsus Qara dəniz filotunun Ukrayna torpaqlarında qalması ilə əlaqədar müqavilə 1997-ci ilə imzalanmışdı. Razılaşma 2010-cu ildə təkrar nəzərdən keçirilmiş və 30 il daha uzadılması barədə qərar verilmişdi. Bunun qarşılığında isə Rusiya Ukraynaya verdiyi təbii qazın qiymətlərində hər 1000 kubmetr üçün 100 dollar endirim etməyi qəbul etmişdi.

Qeyd edək ki, Ukrayna ilə yaşanan böhrandan sonra Rusiyanın qazın qiymətini hər 1000 kub metr üçün 500 dollara çıxaracağı barədə Baş nazir Arseniy Yatsenyuk xəbər vermişdi.

Tarix
2014.03.28 / 20:30
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla