Təsadüfən həyatını itirənlər…
Bir toyuğa qurban gedən 6 nəfərlik ailə, diş çöpü udan
alim, dilini dişləyən dedektiv yazar…
Hər kəs həyatı ilə müxtəlif formada vidalaşır. Kiminin əcəli
gəlir, kimi həyatına intihar vasitəsilə son qoyur, bəxti
gətirməyənlər isə təsadüfün qurbanı olur.
"Axar.az" təsadüf nəticəsində o dünyalıq
olanlar haqqındakı yazını təqdim edir.
Dondurma qurbanı prezident
Amerika Birləşmiş Ştatlarının 12-ci prezidenti Zakari Teylor öz
nəfsinin qurbanı olub. Prezident 1850-ci il iyulun 4-də havanın çox
isti olması səbəbilə həddən artıq çox dondurma yediyi üçün
dünyasını dəyişib.
Dilini dişlədi
Dedektiv yazar Allan Pinkerton isə elə romanlarında təsvir
etdiyi kimi qəribə ölümə qurban gedib. Yazar 1884-cü ildə ayağı
ilişərək yıxılır və bu zaman o dilini dişləyir. Nəticədə dilində
qanqrena yaranır və bunun nəticəsində də dünyadan köçür.
Diş çöpü
İngilis yazıçısı Şervud Anderson da həyat ilə hər kəsdən fərqli
şəkildə vidalaşıb. O, 1941-ci ildə rəsmi qonaqlıq zamanı bilmədən
diş çöpü udub və elə oradaca dünyasını dəyişib.
Hitlerdən danışmaq
Aleksandr Uollkottun ölümünə səbəb isə Hitler olub. Yox, onu heç
kəs öldürməyib. O özü 1943-cü ildə çıxışı zamanı Hitler haqqında
danışarkən infakt keçirir. Və elə bu infakt da onun sonu olur.
Boş tapança
1993-cü ildə məşhur aktyor Brüs Linin oğlu Brandon Li də atası
kimi kino çəkilişi zamanı vəfat edir. Filmdə döyüş səhnəsi
çəkilərkən tapançadakı boş patronların arasına düşmüş dolusu onun
ölümünə səbəb olub. Atası kimi oda qeyri-adi şəraitdə dünyasını
dəyişib.
Sevimli ayı
Zooloq Timati Tredveli 2003-cü ildə çox sevdiyi və 30-il ərzində
əhilləşdirdiyi sevimli ayısı parçalayaraq öldürüb.
Qatil Koka-kola
1995-ci ildə amerikalı bir vətəndaş Koka-kola maşınından içki
almağa çalışarkən ölüb. Belə ki, pulunu ödədiyi kolanı satıcı
uzaqdan ona doğru atır. O, kola qabının sərt şəkildə başına dəyməsi
nəticəsində həyatını itirir.
Tualet…
Astronomiya elmində mühüm xidmətləri olan Tuço Brax adlı
danimarkalı elm adamı tualetə gedə bilmədiyi üçün ölür. O dövr üçün
yemək bitmədən süfrədən qalxmaq xoş qarşılanmırdı. Tuço Brax qonaq
olduğu bir mərasimə getmədən əvvəl tualetə getməyi unudur.
Mərasimdə çox içən elm adamı tualetə getmək üçün icazə istəyə
bilməyəcək qədər nəzakətli olduğundan sidik kisəsi partlayır və 11
gün əzab çəkdikdən sonra ölür.
Yoxlama
Argentinanın paytaxtı Buenos-Ayresdə reallaşan ölüm hadisəsində
arvadını öldürməyə çalışan adam həyat yoldaşını qaldıqları otelin
23-cü mərtəbəsindən aşağı atır. Qadın aşağı düşərkən elektrik
tellərinə ilişir. Arvadının ölüb-ölmədiyindən əmin olmaq istəyən
adam özünü də aşağı atır, məftillərədən yapışa bilmədiyi üçün yerə
çırpılaraq dünyasını dəyişir.
Etiraz
1983-ci ildə Amerikanın San Diego əyalətində polislər tərəfindən
oğurluq edərkən tutulan bir qadın "əgər məni buraxmasanız, ölənə
qədər nəfəsimi tutcağam" deyir. Polislər qadının dediklərini
gülüşlə qarşılayıb onun istəyini reallaşdırmırlar. Nəticədə qadın
öz nəfəsini saxlayır və göyərərək ölür.
İntihardan qaçan
İtaliyada reallaşan bir ölüm hadisəsində Pisa şəhərində yaşayan
Romollo Ribaldo adlı adam işsiz olduğu üçün intihar etməyə qərar
verir. Həyat yoldaşı 42 yaşındakı Romollo Ribaldoya intihar
etməməsi üçün yalvarır. Razı olan Romollo ağlamağa başlayır və
əlindəki silahı yerə atır. Yerə düşən silahdan atəş açılır,
silahdan çıxan güllə Romollonun həyat yoldaşına dəyir və qadın
ölür.
Özgəsinə quyu qazan
Xay Rahnajet adlı iraqlı bir terrorist içində bomba qurğusu olan
paketi poçt ilə sui-qəsd ünvanına göndərir. Paketin üzərində
kifayət qədər pul olmadığı üçün poçt xidməti paketi geri
qaytarır.
Paketi görən naşı terrorist paketdə bomba qurğusu qurduğunu
unudaraq paketi açır, bombanın partlaması nəticəsində elə özü
parçalanaraq ölür.
Sığorta eşqi
Nyu Yorkun işlək prospektlərinin birində bir avtomobil yol ilə
gedən yaşlı qadına yüngülcə dəyir. Piyada tam yerdən qalxan zaman
yoldan keçən birisi qadına ayağa qalxmayacağı təqdirdə sığortadan
külli miqdarda pul ala biləcəyini söyləyir. Yaşlı qadın da
yıxıldığı yerə təkrar uzanır. Avtomobil sürücüsü isə piyadanın
yerdən qalxdığını düşünərək qaza basır və piyada avtomobilin
altında əzilərək can verir.
Toyuq xilaskarları
Misirdə əkinçilik edən bir adam toyuqlarından birinin Nil çayına
düşdüyünü görür və toyuğunu xilas etmək üçün çaya tullanır. Lakin
çayda boğulduğunu görüncə ətfdakılardan kömək istəyir. Adamın
köməyinə çatan oğlu atasına kömək etməyə çalışarkən o da boğulmağa
başlayır. Ata oğul xilas üçün kömək istəməyə başlayırlar. Adamın
arvadı qızları və digər oğlu kömək etməyə gəlir, lakin onlar da
müvəffəqiyyətli ola bilmirlər. 6 nəfərlik bir ailə boğularaq can
verir. Toyuq isə xilas olur.
Xilasedici
1985-ci ildə Nyu Orleanlı xilasedicilər heç kimin dənizdə
boğulmadığı bir mövsümü qeyd etmək üçün mərasim təşkil edirlər.
Mərasim sona çatdıqdan sonra qonaqlardan 31 yaşındakı Jerom Mudi
hovuzun dibində ölü tapılır. Mudinin boğulduğu partidə 4 xilasedici
iş başında olur. Əylənənlər arasında isə 100-dən çox xilasedici var
idi.
İlk robot qurbanı
Robert Vilyams bir robot tərəfindən öldürülən ilk insandır.
Vilyams 25 yanvar 1979-cu ildə Ford fabrikində işləyərkən sxemi
pozulan bir robotun qolunu təmir etməyə çalışarkən işləməyə
başlayan robot qolunu başına vurduğu zərbə ilə həyatını itirir.
İkinci robot qurbanı
Robotlar tərəfindən öldürülən ikinci insan isə Kenji Urada adlı
Yapon mühəndis idi. Kenji "Kavasaki" fabrikində təmir etməyə
çalışdığı bir robotun mexaniki qolu tərəfindən üyütmə maşınına
itələnilərək ölmüşdü.
İnək təzəyi
1991-ci ildə 57 yaşındakı Tayvanlı Yooket Paen həyətində
gedərkən ayaq basdığı inək təzəyinin altında qalan elektrik
kabelindən cərəyan vuraraq həyatını itirir. Bu faciəli hadisəni
qonşulara göstərmək istəyən 52 yaşındakı qardaşı Yooket Pan da eyni
şəkildə vəfat edir.