Yuxarı

Serbiya xəyanətə məcbur edilir - Lavrov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Serbiya xəyanətə məcbur edilir - Lavrov

Brüssel Serbiyadan Avropa Birliyinə girmək üçün Rusiya-Serbiya Humanitar Mərkəzinin bağlanılmasını tələb edir.

Axar.az xəbər verir ki, bunu “Sputnik” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.

“Avropa Birliyi Niş şəhərindəki humanitar mərkəzimizə casus yuvası kimi baxır. Onların fikrincə, bu yer AB-nin təhlükəsizliyinə təhdiddir. Bizə bəllidir ki, Brüssel Serbiyadan Avropa Birliyinə girmək üçün Rusiya-Serbiya Humanitar Mərkəzinin bağlanılmasını tələb edir. AB istəyir ki, Serbiya da Monteneqronun rəhbəri (Monteneqronun Baş naziri Milo Cukanoviç nəzərdə tutulur – red.) kimi Rusiyaya xəyanət etsin. Halbuki Moskva Monteneqro rəhbərinə heç nə etməmişdi”, – deyə o bildirib.

Lavrov Avropa Birliyinin siyasi münasibətlərini başqalarına qarşı mübarizə üstündə qurduğunu bildirib:

“Biz isə heç kimlə başqa bir tərəfə qarşı mübarizə üçün dostluq qurmuruq. Moskva bu siyasətini Balkanlardakı qonşuları ilə də təkrarlayır”.

Qeyd edək ki, Nişedəki Rusiya-Serbiya Humanitar Mərkəzi 2012-ci ildə yaradılıb. Mərkəzin əsas məqsədi ölkədəki fövqəladə vəziyyət və texnoloji fəlakətlər zamanı fəaliyyət göstərməkdir. Qərb ölkələri bu mərkəzi indiyə qədər gizli Rusiya bazası hesab edirlər. Buna görə Avropa Birliyi onun bağlanmasına çalışır. Maraqlı məqam orasıdır ki, mərkəz NATO-nun Kosovadakı hərbi bazasının 100 kilometrliyində yerləşir. Üstəlik, bu ərazidən "Türk axını" kəmərinin keçməsi gözlənilir.

Tarix
2016.12.14 / 01:09
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Əli Əsədov Numan Qurtulmuşla görüşdü

ADY Çində Azərbaycanın bu imkanlarını təqdim edir - Foto

Bu xəstəxananın direktoru işdən çıxarıldı

İraq lideri İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN

İlham Əliyev Qalibafı qəbul etdi

Ceyhun Bayramov Polşaya getdi

Prezident Numan Qurtulmuşu qəbul etdi - Foto

Güneyli milli fəal vəfat etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla