Yuxarı

Kliçko prezidentliyə namizədlikdən imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada mayın 25-də keçiriləcək növbədənkənar prezident seçkilərinin taleyini həll edəcək mühüm hadisə baş verib.

"Axara.az" APA-ya istinadən xəbər verir ki, bu gün Kiyevdə UDAR (Ukrainskiy Demokratiçeskiy Alyans za Reformı) Partiyasının 11-ci qurultayı keçirilib. Qurultayda çıxış edən partiyanın lideri Vitali Kliçko prezident seçkilərində namizəd olmayacağını bəyan edib. O, seçkidə tanınmış iş adamı və ictimai-siyasi xadim Pyotr Poroşenkonu dəstəkləyəcəyini açıqlayıb.

V.Kliçko hər zaman demokratik qüvvələr tərəfindən prezidentliyə vahid namizəd irəli sürülməsinə tərəfdar olduğunu xatırladaraq hazırda ölkənin müharibə vəziyyətində olduğu bir dövrdə bu məsələnin daha da aktuallaşdığını vurğulayıb: "Hazırda elə vəziyyət yaranıb ki, səhv etmək olmaz. Siyasi populizm dövrü keçib, məsuliyyətli qərarlar dövrü yetişib. Prezidentliyə namizəd vətəndaşların maksimum dəstəyini almalı və qələbəyə maksimal şansı olmalıdır. Bu gün belə namizəd Pyotr Poroşenkodur".

V.Kliçko Kiyev şəhər meri vəzifəsinə namizəd olacağını elan edib. O, Kiyevi Avropa tipli paytaxta çevirəcəyini bildirib. Xatırladaq ki, prezident seçkiləri ilə mer seçkiləri eyni anda keçiriləcək.

Qeyd edək ki, "Batkivşina" Partiyasının lideri Yuliya Timoşenko da prezidentliyə namizəd olacağını açıqlayıb. Ölkədə keçirilən son sosioloji sorğularda Pyotr Poroşenkonun ən yüksək reytinqə malik olduğu ortaya çıxıb. 1965-ci il təvəllüdlü P.Poroşenko həm məşhur oliqarx, həm də müxtəlif dövlət vəzifələrində çalışmış təcrübəli siyasətçidir. O, Viktor Yuşşenkonun prezidentliyi dövründə Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi, Milli Bankın sədri, xarici işlər naziri vəzifələrində, Viktor Yanukoviçin hakimiyyəti dövründə isə qısa müddət ticarət və iqtisadi inkişaf naziri vəzifəsində çalışıb. P.Poroşenko məşhur "Roshen" qənnadı və "Bogdan" avtomobil korporasiyalarının sahibidir.

Tarix
2014.03.29 / 15:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla