Yuxarı

“Qırğız inqilabını mən maliyyələşdirmişəm”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qırğız inqilabını mən maliyyələşdirmişəm”

2005-ci ildə Qırğızıstanda baş tutan inqilabı mən maliyyələşdirmişəm.

Axar.az xəbər verir ki, bunu Fransa mətbuatına müsahibəsində qazaxıstanlı bankir Muxtar Ablyazov söyləyib.

“2005-ci ildə mən Qırğızıstanda hakimiyyət dəyişikliyinin baş verməsi üçün müxalifəti maliyyələşdirirdim. Bu mənim üçün çox vacib idi. İstəyirdim postsovet respublikalarından birində demokratik proseslər başlasın”, – deyə o bildirib.

Qeyd edək ki, Ablyazov 2013-cü ildə Fransada həbs olunub. O, BTA bankın maliyyə vasitələrinin ələ keçirilməsində günahkar hesab edilir. Rəsmi Astana Ablyazovun fəaliyyəti sayəsində banka 6 milyard dollar ziyan vurulduğunu bildirib. Qazaxıstan bundan öncə Ablyazovu ekstradisiya etməyə çalışsa da, Paris buna izn verməyib.

2005-ci ildə Qırğızıstanda “Zanbaq inqilabı” baş verib. Nəticədə o dövrün prezidenti Əsgər Akayev hakimiyyətdən devrilib. Akayev sonradan ailəsi ilə birgə Rusiyaya qaçıb. Akayevin yerinə hakimiyyətə Kurmanbek Bakıyev gəlib. Lakin 2010-cu ildə o da sələfinin taleyini yaşamalı olub.

Tarix
2016.12.16 / 14:01
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla