Yuxarı

Türkiyə Ərdoğanı qalib etdi - Yenilənir (13)

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:40

Türkiyədə bələdiyyə seçkiləri başa çatıb.

Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 10:00) başlayan səsvermə saat 16:00-dək (19:00) aşağıdakı dairələrdə davam edib: Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Girəsun, Gümüşhane, Hakkari, Qars, Malatya, Qəhrəmanmaraş, Mardin, Muş, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ərdəhan, İğdır və Kilis.

Digər dairələrdə isə səsvermə yerli vaxtla saat 08:00-dan 17:00-dək keçirilib.

Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfər (26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri kişi) təşkil edir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılıb. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edib.

Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.

Türkiyədə seçkilər günü yerli vaxtla saat 06:00-dan 24:00-dək mağaza, kafe və restoranlarda spirtli içkilərin satışı və qəbulu qadağan olunub.

Bundan başqa, bütün əyləncə yerləri bağlanıb. Təhlükəsizlik qüvvələri əməkdaşlarından başqa, heç kəs seçkilər günündə silah gəzdirə bilməz. (Trend)

21:52

Türkiyədə bələdiyyə seçkilərinə keçirilən səsvermə vaxtı başa çatıb və seçki komissiyasının seçki qadağası ilə bağlı qoyduğu bəzi qaydalara görə, ilkin nəticələr hələ ki, açıqlanmayıb.

"Axar.az" xəbər verir ki, Bakı vaxtı ilə saat 19:00-da başa çatan səsvermədən dərhal sonra səslərin sayılmasına başlanılıb.

Əldə olunan məlumatlara görə, artıq ölkə ərazisində seçki qutularının 7.03%-i açılıb.

Qeyd edək ki, 5 il boyunca xidmət edəcək bələdiyyə məmurlarını müəyyən etmək üçün Türkiyənin 32 şəhərində səsvermə keçirilib.

22:20

Bəzi bölgələrdən verilən məlumatlara görə, AKP səslərin yarısını götürüb. İlkin məlumatlara görə, ilk üç sıra belədir: AKP, MHP, CHP

22:30

Türkiyədə bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanır.

"Axar.az" xəbər verir ki, AKP 49,3%lə ilk sırada, ikinci sırada 17,2%-lə MHP, CHP 16,8%-lə ilk üçlükdə, sonrakı pillələrdə BDP 7,1%, SP 1,8%, SDP 0,7%, BBP isə 0,4%-lə qərarlaşıb.

22:55

Seçkilərin bu ana olan nəticələrində xeyli dəyişiklik var.

"Axar.az" xəbər verir ki, ən önəmli dəyişiklik MHP və CHP-nin sıralamada yerdəyişmə etməsidir.

AKP 48%-ə düşüb, CHP 19,19%, MHP 17,1%-lə ilk üçlükdədir. Sonrakı pillələrdə BDP 5,6%, SP 1,6%, HDP 1,1%, BBP isə 0,4% toplayıb.

23:18

Bu saata olan məlumatlara görə ölkə ərazisində 22,79% səslərin hesablanması yekunlaşıb.

AKP əldə etdiyi nəticəni itirməyə doğru gedir. Belə ki, AKP 48,25%, CHP 27,33%, MHP 13,43%, BDP 3% səslə ilk dördlükdə qərarlaşıb.

00:12

Türkiyədə bələdiyyə seçkilərinin 31,4 % səslərin hesablanması sona çatıb.

Son nəticələrə görə, AKP 47,98%, CHP 27,36%, MHP 13,44%, BDP 3,07% səs toplayıblar.

Qeyd edək ki, Türkiyənin əksər böyük şəhərlərində nəticələr elan olunmayıb.

0:42

Türkiyədə seçicilərin verdiyi səslərin 36 %-i sayılıb. Nəticələrə görə, AKP 47,78%, CHP 27,57%, MHP 13,48%, BDP 3,05% səs qazanıb.

01:12

Türkiyədə bələdiyyə seçkilərinin nəticələrində cüzi də olsa dəyişiklik var. Belə ki, hazırda 43,77 faiz səs sayılıb. Bu dəqiqəyə olan nəticələrə görə, AKP 47,59%, CHP 27,61%, MHP 13,68%, BDP isə 3,02% səs toplayıb.

02.00

Bələdiyyə seçkilərində seçicilərin səslərinin 50 faizi sayılıb. Seçicilərin yarısının seçimi artıq məlumdur: AKP! Ədalət və İnkişaf Partiyası 47,28 faizlə liderdir. CHP 27,59%-lə ikinci, MHP 14,02%-lə üçüncü, BDP 3,03%-lə 4-cüdür.

03:22

Türkiyə bələdiyyə seçkilərində seçicilərin 61,22 faizi seçimini edib. Nəticələrə görə, AKP 46,99% səslə ilk sıradadır, sonrakı yerlərdə CHP 27,71%, MHP 14,36%, BDP isə 3,03% səslə qərarlaşıb.

04:10

Seçkilərin bu saata olan nəticələrinə görə, AKP liderliyini davam etdirir. Artıq seçicilərin 70 fayizinin seçimi bəlli olub. Hakim partiya 45,96% səslə liderdir, ikinci sırada CHP 27,73%, üçüncü sırada MHP 14,21%, dördüncü sırada isə BDP 3,28 % səslə qərarlaşıb.

09:23

Türkyədə dünən keçirilən bələdiyyə seçkilərində səslərin 97 faizi sayılıb.

"Axar.az" xəbər verir ki, son nəticələrə görə, AKP 45.56 faiz səslə liderliyini davam etdirir.

Sonrakı yerləri isə 27.91 faizlə CHP, 15.17 faiz səslə isə MHP qazanıb.

Tarix
2014.03.31 / 09:23
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla