Yuxarı

“Putin kiber hücuma şəxsən rəhbərlik edib”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Putin kiber hücuma şəxsən rəhbərlik edib”

ABŞ hökumətindəki üç anonim qaynaq “Röyter” agentliyinə Rusiya Prezidenti Vladimir Putinin bu ilin payızında ABŞ-da keçirilən seçkilərə müdaxilə etməsi barədə məlumat verib.

Axar.az xəbər verir ki, qaynaqlar Putinin seçkilər zamanı kiber hücumları şəxsən nəzarətdə saxladığını iddia edib.

Məlumata görə, kiber hücum əvvəlcə ümumi xarakter daşıyıb:

“Hər şey bir cəhd kimi başlanıb. Məqsəd Amerika demokratiyasının artıq “etimada layiq olmadığını” göstərməkmiş. Amma zamanla bu cəhd prezidentliyə digər namizəd Hillari Klintonun çatışmazlıqlarının ifşa kampanıyasına çevrildi. Ruslar Respublikaçılara aid qurumların da elektron ünvanlarını sındırıb, amma əldə edilən məlumatlara heç bir diqqət yetirilməyib.

Üzü payıza doğru hakerlərin səyləri Donald Trampa yardım cəhdlərinə çevrilib. Putin əmin idi ki, özəlliklə iqtisadi sanksiyalarla bağlı məsələlərdə Tramp özünü Rusiya ilə daha dostca aparacaq”.

Rəsmi Kreml isə okeanın o tayında keçirilən seçkilərə müdaxilə barədə ünvanına söylənilənləri inkar edir. Bununla belə, Ağ Evin yüksək vəzifəli nümayəndəsi Ben Rodes açıqlamasında Rusiya prezidentini birbaşa suçlamasa da, Putinin kiber hücumlardan xəbərdar olduğunu bildirib:

“Düşünmürəm ki, Rusiya hökumətində bu miqyasda olay Putindən xəbərsiz baş versin. Söhbət bu qədər iri miqyasda təşkil olunmuş kiber təcavüzdən getdiyi zaman hər şey hakimiyyətin yuxarı dairələrində çözülür”.

Tarix
2016.12.18 / 09:00
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla