Yuxarı

Kərkük türkmanlarına qarşı – Çirkli oyun

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kərkük türkmanlarına qarşı – Çirkli oyun

İraq hökuməti Səddam Hüseynin hakimiyyəti dövründə qanunsuz ələ keçirilən türkman torpaqlarını geri qaytarmaq istəmir.

Axar.az xəbər verir ki, bu barədə İraq Türkman Cəbhəsi (İTC) sədrinin müavini, Kərkük millət vəkili Həsən Turan keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Bağdad rəhbərliyi bölgədə demoqrafik dəyişikliklər etmək fikrindədir:

“Səddam Hüseyn dövründə türkmanlardan alınan hektarlarla torpağın həqiqi sahiblərinə verilməməsinin səbəbini indi anlayırıq. Onlar bu şəhərin kimliyini ancaq bu yolla dəyişdirəcəklərini düşünürlər. İraqın müxtəlif bölgələrindən gələn qaçqınlar Kərkük ətrafında yerləşdirilir.

Hazırda Səddam Hüseyn siyasəti davam etdirilir. Bu ərazilərin türkmanlara qaytarılması üçün 13 il davam edən hüquqi mübarizə çərçivəsində 55 min məhkəmə işində yalnız barmaqla sayıla biləcək nəticələr əldə olunub. Təəssüf ki, bu ölkədə siyasi tərəflər hüququ da nəzarət altına alıblar”.

Tarix
2016.12.18 / 14:06
Müəllif
Hacı Qulu
Digər xəbərlər

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay masası əsnasında söhbət ediblər - Foto

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Türkiyə Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib - Prezident

Bu tarixi səfərin əsas nəticəsi məhz budur - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla