Yuxarı

Gürcüstanda enerji tarifləri artırılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Energetika və su təchizatı üzrə Milli Tənzimləyici Komissiyası elektrik enerjisi tariflərinin artırılmasını istisna etmir.

APA xəbər verir ki, bunu komissiyanın sədri İrina Milorava bildirib.

Qurum qərarını dekabr ayının 31-dək açıqlamalıdır.

Tariflərin artırılması ilə bağlı bütün elektrik enerjisi və təbii qazın paylanması ilə məşğul olan şirkətlər müraciət edib.

“Mən tariflərin artırılacağını istisna etmirəm. Artıq dispetçer xidmətləri üçün tariflər artırılıb. Böyük ehtimalla, istilik enerjisi üçün tariflər də artacaq. Lakin idxal qiymətləri azalıb. Başqa ölkələrdə baş verənlər bizə təsirsiz ötüşməyib. Tariflər elə səviyyədə olacaq ki, heç bir şirkət ziyanla üzləşməsin”, - deyə İ. Milorava bildirib.

İdxal olunan elektrik enerjisinin qiymətinin azaldılmasının səbəbinə gəlincə, bu, Rusiya tərəfi ilə müvafiq razılığın əldə olunması ilə əlaqədardır. Bununla yanaşı, Gürcüstanın qış dövründə Azərbaycan və Türkiyədən elektrik enerjisi idxal etmək imkanı var ki, bu da elektrik enerjisinin daha ucuz başa gəlməsinə şərait yaradır.

Qeyd edək ki, sonuncu dəfə elektrik enerjisinin tarifləri 2015-ci dəfə dəyişib. O zaman elektrik enerjisinin tariflərinin dəyişməsinə səbəb milli valyuta olan larinin kəskin ucuzlaşması göstərilirdi.

Tarix
2016.12.21 / 00:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla