Yuxarı

Timoşenko dövlətin milyonlarını harada gizlədib? - Araşdırma

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Timoşenko dövlətin milyonlarını harada gizlədib? - Araşdırma

London hüquqşünasları Britaniya banklarında Yuliya Timoşenko və ailəsinə məxsus milyonlarla pulu üzə çıxarıblar.

"Axar.az" xəbər verir ki, yoxlama 90-cı illərin ortasında yoxa çıxan Ukrayna büdcəsinə məxsus 200 milyon dolların axtarışı çərçivəsində aparılıb.

Çirkli pullar həmçinin, İsveçrə və ABŞ banklarında da aşkarlanıb.

Yuliya Timoşenkonun maliyyə hesablarını yoxlayan "Lawrence Graham" adlı hüquq şirkəti axtarışa hələ ötən ilin martında Ukrayna hökumətinin tapşırığı ilə başlamışdı.

Pullar 90-cı illərin ortalarında Timoşenkonun "Ukraynanın Vahid Energetika Sistemi" şirkətinə rəhbərlik etdiyi vaxt yoxa çıxıb. Bu struktur rus qazının idxalı üzərindəki inhisarı həyata keçirmək hüququ qazandı. Məhz buna görə, Timoşenko o vaxt "qaz kraliçası" adını almışdı. Ukrayna büdcəsindən də milyonlarla dollar həmin ərəfədə yoxa çıxdığı bildirilir.

Britaniyalı hüquqşünaslar 26 ölkədə 300 bank hesablarında araşdırma aparıblar. Məlum olub ki, Timoşenko və onun ailəsinə məxsus çoxlu bank hesabı mövcuddur. Onlardan 13-ü hələ də fəaliyyətdədir.

Tarix
2014.04.01 / 12:50
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla