Yuxarı

Türk ordusu İraqa girəcək? – Nazir açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk ordusu İraqa girəcək? – Nazir açıqladı

Ölkəmizin təhlükəsizliyini qorumaq üçün başqa hərbi əməliyyatlara başlaya bilərik.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Fikri İşıq Kocaelidə qeyri-hökumət təşkilatları ilə görüşündə deyib.

Onun sözlərinə görə, heç bir ölkə bölgədə Türkiyə ilə müzakirə aparmadan addım ata bilməz:

“Türkiyə bölgədə tarixin yenidən yazıldığı bir mərhələdən keçir. Bu mərhələdə heç kim bölgədə Türkiyəni hesaba almadan hərəkət edə bilməz.

Birinci məqsədimiz ölkəmizin sabitliyi və təhlükəsizliyidir. Buna görə Əl Bab əməliyyatları keçirilir. Azad Suriya Ordusu ilə orada Türkiyəyə istiqamətli təhdidləri zərərsizləşdirmək üçün mübarizə aparırıq. Ölkəmizin təhlükəsizliyini qorumaq üçün başqa hərbi əməliyyatlara da heç çəkinmədən başlaya bilərik.

Məqsədimiz Türkiyəyə qarşı təhdid haradan gəlirsə-gəlsin, mənbəyini yox etməkdir”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dünən keçirilən mətbuat konfransında Kürdüstan dövlətinin yaradılması məsləsinə toxunub. Kreml rəhbəri bunun İraqın daxili işi olduğunu deyib:

“Kürd hərbi bölmələri terrorizmlə cəsarətlə və effektiv mübarizə aparırlar. Kürdlərin müstəqilliyinə gəldikdə isə onlar beynəlxalq hüquq çərçivəsində hərəkət etməlidirlər. Biz İraqın daxili işlərinə müdaxilə etməyi planlaşdırmırıq”.

Tarix
2016.12.24 / 17:38
Müəllif
Hacı Qulu
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla