Yuxarı

Kabzon qəzaya düşən təyyarədə olmalı imiş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kabzon qəzaya düşən təyyarədə olmalı imiş

SSRİ xalq artisti, Dövlət Dumasında Mədəniyyət komitəsi başçısının birinci müavini İosif Kobzon deyib ki, o da Rusiya Müdafiə Nazirliyinin qəzaya uğramış Tu-154 təyyarəsi ilə uçmalı imiş.

Virtualaz.org xəbər verir ki, Kabzon hadisə ilə bağlı çıxış edərkən deyib:

“Ayın 14-də bizim onlarla konsertimiz vardı. Həmin konsertdə Aleksandrov adına dövlət ansamblının rəhbəri Xəlilov məndən onlarla birlikdə Suriyaya uçmağı xahiş etmişdi. Mən isə ona dedim ki,gələ bilməyəcəm, çünki mənim tibbi vizam var və mən müalicə uçun uçmalıyam. Bundan əvvəl mən Xəlilovla birlikdə Suriyada olmuşdum. Buna görə də dedim ki, gələn dəfə... Amma görürsünüz, növbəti dəfə necə döndü…"

Kobzon həmçinin başsağlığı verib və hadisəni həm mədəniyyət, həm də ordu auditoriyası üçün faciə adlandırıb.

Qeyd edək ki, Qara dənizə düşən “Tu-154” təyyarəsinin göyərtəsində 93 nəfər sərnişin olub. Onlardan onunun meyiti tapılıb. Təyyarə havaya qalxandan bir neçə dəqiqə sonra radarlardan itib. Onlar arasında hərbi qulluqçularla yanaşı, Rusiyanın Xmeymim hərbi bazasına Yeni il konserti üçün uçan Aleksandrov dövlət ansamblının musiqiçiləri və Rusiyanın Birinci,Zvezda və NTV kanalının jurnalistləri də olub.

Tarix
2016.12.25 / 23:39
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş nazirinin rəsmi qarşılanma mərasimi oldu

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla