Yuxarı

Amerika bankı rus səfirliyinin pulunu dondurdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amerika bankı rus səfirliyinin pulunu dondurdu

Amerika bankı "JPMorgan Chase" Rusiyanın Qazaxıstanın paytaxtı Astanadakı səfirliyinə pul köçürmələrini dondurub.

Bank bu addımı Rusiyaya qarşı sanksiyalar çərçivəsində atdığını bildirib. Pullar "Soqaz" sığorta şirkətinə çatmalı imiş.

Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi Aleksey Lukaşeviç bankın qərarını yolverilməz və qanunsuz sayıb. Bildirib ki, "JPMorgan Chase" ABŞ administrasiyasına yaltaqlıq edib.

"Əgər Amerikanın maliyyə qurumu bu yolla "seçilmək", Ağ Evin yanında özünü yaxşı etmək istəyibsə, çox tələsib", - deyə Lukaşeviç bildirib.

O vurğulayıb ki, Rusiya diplomatik missiyasına qarşı yönələn istənilən addım cavabını alacaq. Bu, ABŞ-ın Rusiyadakı səfirlik və baş konsulluğunun işində özünü göstərəcək. (ANS)

Tarix
2014.04.02 / 00:48
Müəllif
Axar.az
Digər xəbərlər

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla