Yuxarı

Ukraynanın yeni prezidenti ABŞ-dan asılı olacaq - Eksklüziv

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Seçilən istənilən prezident və hökumət Vaşinqtonun maliyyə, hərbi, texniki, beynəlxalq təşkilatlarda diplomatik dəstəyindən asılı olacaq".

Bu sözləri "Axar.az"a açıqlamasında ukraynalı politoloq Aleksey Blüminov deyib.

O, ölkədəki prezident seçkiləri üçün əsas üç namizədin irəli sürüləcəyini bildirib: "Hazırkı sosiologiya seçkilərin yalnız bir tur keçiriləcəyini proqnozlaşdırmağa imkan verir. Bu göstərir ki, indiyə olan reytinq dinamikası iki ay ərzində güclü dəyişikliklərə məruz qalmayacaqsa, o zaman Poroşenko özünün və Kliçkonun tərəfdarlarını toplamağı bacaracaq. Bu, təxminən seçkilərə gəlmək istəyənlərin 50%-i miqdarındadır. Timoşenko hazırkı liderdən sonra ikinci yerdə qərarlaşır. Üçlüyü isə Sergey Tiqipko qapadacaq".

Qərb və Rusiyanın sevimlisi

Politoloq ölkədə rəhbərliyə ən yaxın olan şəxsin hazırda Avropa tərəfindən dəstəkləndiyini bildirib:

"Əgər xarici oyunçuların hansı namizədə yatırım etməsinə gəlincə isə hazırkı situasiyada bunu müəyyən etmək iki ay bundan öncəyə nisbətən daha aydındır. Yadımdadır Kliçko Berlinin favoriti hesab olunurdu. Yaçenyuku isə ABŞ dəstəkləyirdi. Poroşenko Davos, Münhen və Vaşinqtona qeyri-rəsmi görüşlərə gedirdi. Həmçinin o özünün Rusiyada da aktiv reklamı ilə məşğul olurdu. Hazırda alman mətbuatında Timoşenkoya qarşı neqativ məqalələr çap olunmağa başlayır. Özləri də təsdiqləyirlər ki, onun qələbəsi Ukrayna üçün fəlakət olardı. Lakin belə bir şey düşünmək də olar ki, bu tip məqalələrin çap olunmasının arxasında Timoşenkonun Ukraynadakı əleyhdarları dayana bilər".

Seçilən prezidentlərin hamısı ABŞ-dan asılı olacaq

A.Blüminov Ukraynada kimin qalib gəlməsinin ABŞ üçün heç bir əhəmiyyəti olmadığı söyləyib: "ABŞ-a gəlincə isə hazırkı favoritlərdən kimin qalib gəlməsinin onlar üçün elə də böyük fərqi yoxdur. Çünki siyasi rejimin konstruksiyası bütünlükdə belədir ki, seçilən istənilən prezident və hökumət Vaşinqtonun maliyyə, hərbi, texniki, beynəlxalq təşkilatlarda diplomatik dəstəyindən asılı olacaq. Nəhayət Ukrayna iqtisadiyyatının defoltdan öncəki vəziyyətini öyrənərək və Vaşinqtonun diqtəsinə uyğun olaraq istənilən Ukrayna prezidenti Beynəlxalq Valyuta Fonduna tabe olacaq.

Eyni situasiya Avropa İttifaqı ilə də yaşanır. Ukrayna Brüssel üçün müştəri ölkəyə çevrilib və bu fakt hökumətin manevr imkanlarını məhdudlaşdıra bilməz".

Tarix
2014.04.02 / 11:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla