Yuxarı

Almaniyada sələfi türklər həbs olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada sələfi türklər həbs olundu

Almaniya Suriyadakı İŞİD terror təşkilatına üzv olmaqda şübhəli bilinən üç sələfini həbs edib.

"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Karlsruhe vilayətinin Federal Baş Prokurorluğu sırağagün polisin Berlin, Bonn və Frankfurt şəhərlərində sələfi müsəlmanlara qarşı əməliyyat təşkil etdiyini açıqlayıb.

Hüquq mühafizə orqanları üç şəhərdəki cəmi on evdə axtarış aparıb.

Berlində milliyətcə türk olan Almaniya vətəndaşı Fateh K. adlı şəxs 2013-cü ilin avqust və sentyabr aylarında Suriyada olan vətəndaş qırğınında paramilitar qüvvələrə qarşı toqquşmalara qatılmaq və təbliğat vəsaiti istehsal etməkdə günahlandırılıb.

Frankfurt şəhərindəki basqında isə İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatına üzv olduğu iddiası ilə 26 yaşlı daha bir türk həbs olunub. Şübhəli yanvar ayında Almaniyaya qayıtdıqdan sonra təşkilat üçün pul və başqa zəruri vəsait təmin etməkdə günahlandırılıb.

Bonn şəhərindəki basqında isə təşkilata aid 4 min 800 avro pul dəstəyi təmin etdiyi əsası ilə Almaniya və Polşa vətəndaşı olan bir qadın həbs olunub.

Tarix
2014.04.02 / 11:30
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla