Yuxarı

Tu-154-ün qəzaya uğramasının səbəbi nədir? - Qara qutu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tu-154-ün qəzaya uğramasının səbəbi nədir? - Qara qutu

Qara dənizə düşən Tu-154 təyyarəsinin “qara qutu”sundakı yazının ilkin təhlili qəzanın pilotların səhvi ucbatından baş verdiyini təsdiqləyir.

Axar.az xəbər verir ki, məlumatlı mənbənin sözlərinə görə, “qara qutu”dakı yazının təhlili qəzanın idarəetmədəki səhvlə bağlılığının prioritet versiya olması barədə nəticə çıxarmağa əsas verir. “İnterfaks” agentliyi təhqiqatın hələlik rəsmi olmayan digər mühüm təfərrüatları barədə də məlumat verib. İlkin məlumata görə, Tu-154 təyyarəsi qanadlarının qaldırıcı qüvvəsinin uçuş üçün yetərli olmaması səbəbindən qəzaya uğrayıb.

Xatırladaq ki, Tu-154 təyyarəsi bazar günü səhər havaya qalxdıqdan bir neçə dəqiqə sonra Soçi yaxınlığında Qara dənizə düşüb. Onun göyərtəsindəki 92 nəfərin hamısı – hərbi qulluqçular, jurnalistlər, məşhur həkim Yelizaveta Qlinka, həmçinin Aleksandrov adına hərbi ansamblın musiqiçiləri həlak olub. Təyyarənin qalıqları qəzadan bir neçə saat sonra Soçi rayonunda sahildən 1,5 kilometr aralıda, suyun 50-70 metr dərinliyində aşkarlanıb.

Tarix
2016.12.27 / 22:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla