Yuxarı

MAQATE İranla atom razılaşması bağlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
MAQATE İranla atom razılaşması bağlayır

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Yukiya Amano 10-11 noyabr tarixində Tehrana səfəri ərəfəsində İranla Agentlik arasında əməkdaşlıq müqaviləsi bağlamağa hazırlaşır.

"Axar.az"ın xarici mediaya istinadən məlumatına görə, MAQATE rəhbərinin Tehran səfərində İranın atom enerjisi ilə bağlı son illər dünyanın diqqətində olan məsələlər müzakirə olunacaq.

Agentlik əməkdaşı bildirib ki, Yukiya Amano Tehranda çərçivə sazışı bağlamağa hazırlaşır, bu isə o deməkdir ki, Cenevrədə "Altılıq"ın müzakirəsi müsbət nəticələnib.

Xatırladaq ki, "Altılığ"ın İranla atom enerjisi ilə bağlı Cenevrədəki müzakirəsinə noyabrın 8-də ABŞ, Fransa, Böyük Britaniya və Almaniya gəlmişdi. Bu gün – noyabrın 9-da isə Rusiya (Xarici İşlər naziri Sergey Lavrov) və KXR qatılacaq.

Maraqlıdır ki, Əlcəzair və Marokkoya səfərini təxirə salataq, Cenevrəyə gələn ABŞ Dövlət katibi Con Kerrinin İran Xarici işlər naziri Cavad Zəriflə ikitərəfli görüş keçirəcəyi və 35 ildir kəsilən ABŞ-İran münasibətlərində yeni dönəm başlanacağı planlaşdırılsa da, Con Kerri gözlənilmədən "Altılığ"ın müzakirəsinin yekunları ilə bağlı "Heç bir nəticə əldə edilmədi" dedi.

Tarix
2013.11.09 / 01:35
Müəllif
Axar.az
Digər xəbərlər

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla