Yuxarı

Türk parlamentindən qanun – Konstitusiya dəyişir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk parlamentindən qanun – Konstitusiya dəyişir

Türkiyə parlamentinin Konstitusiya Komissiyası öz işini yekunlaşdırıb.

Axar.az xəbər verir ki, komissiya yekunda 20 dekabrda başlanan, 316 AKP millət vəkilinin imzası ilə Türkiyə konstitusiyasında dəyişikliyi nəzərdə tutan qanun təklifini qəbul edib.

Parlament sədrinə təqdim olunan 21 maddəlik təklif 18 maddəyə enib.

Yeni təkliflər qəbul olunarsa, Türkiyə parlamentində təmsil olunan millət vəkillərinin sayı 600-ə çatdırılacaq. Deputat seçilmək üçün isə minimum yaş senzi 18-ə endiriləcək.

Prezident və parlament seçkiləri 5 ildən bir keçiriləcək.

Türkiyə prezidenti 40 yaşı tamam olan, ali təhsilli Türkiyə vətəndaşları arasından xalq tərəfindən seçiləcək.

Türkiyədə prezident və parlament seçkiləri 3 noyabr 2019-cu ildə keçiriləcək.

Yeni konstitusiya dəyişikliyi ölkədə hərbi məhkəmələrin də ləğvini nəzərdə tutur.

Tarix
2016.12.30 / 10:56
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla