Yuxarı

Ərdoğan nurçu jurnalistə: “Yerini dəyiş” - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfəri öncəsi Atatürk hava limanında keçirdiyi brifinq zamanı ona verilən suala əsəbiləşib.

"Axar.az" xəbər verir ki, "Today's Zaman" qəzetinin müxbirinin Ərdoğana verdiyi, "Egemen Bağışa aid olduğu iddia edilən bəzi səs yazıları internetdə yayımlanıb. Hər kəs bununla bağlı açıqlama veridi, təkcə AKP-dən başqa. Bununla bağlı nə düşünürsünüz?" sualı Baş naziri özündən çıxarıb.

Jurnalistin bu sualına Ərdoğanın cavabı sərt olub: "Siz jurnalistsiniz, dostumuzun açıqlamasını belə eşitməmisiniz. Onun özü bunun yalan olduğunu ortaya qoydu. Biz dostumuzu bu cür dublyaj, montaj edənlərdən yaxşı tanıyırıq. Bunlar saxtakardılar. Bunlarda hər şey var".

Sözünü bitirdikdən sonra Ərdoğan Enerji və Təbii Sərvətlər naziri Taner Yıldızdan jurnalistin hansı qəzetdə işlədiyini soruşub. Nazirin "Today's Zaman" cavabından sonra Ərdoğan jurnalistə üzünü tutaraq, "Məncə, siz ordan ayrılın, yerinizi dəyişdirin", - deyib.

Tarix
2014.04.04 / 13:51
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla