Yuxarı

Hitlerin arvadi yəhudi çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hitlerin arvadi yəhudi çıxdı

Britaniyalı alimlər Adolf Hitlerin arvadı Yeva Braunun DNK-sında araşdırma apardıqdan sonra onda yəhudi qarışığı tapıblar.

"Axar.az"ın "The Independent"ə istinadən verdiyi məlumata görə, artıq "Channel 4" telekanalı bu barədə geniş sənədli film nümayiş etdirməyə hazırlaşır.

Qeyd edək ki, araşdırma üçün Braunun Hitlerin Bavariyadakı evindən 1945-ci ildə tapılan daraq və saçından istifadə olunub. Məlum olub ki, ana şəcərəsində Yevanın yəhudi-aşkenazlara qan qohumluğu var.

Dərgi həmiçinin məlumat verib ki, Hitlerə yaxın olan Martin Borman adlı şəxs vaxtı ilə Braun ailəsində yoxlama aparmış, həmin şəxslərin damarlarında təmiz alman qanının axdığını bildirmişdi. Görünür, yeni analizin nəticələri illər öncə Bormanın apardığı araşdırmanı alt-üst edib.

Xatırladaq ki, Yeva Braun ayinlərə ciddi əməl edən katolik ailəsində tərbiyə alıb. Əvvəlcə Hitlerin sevgilisi olan Braun sonra illər ərzində onun həyat yoldaşı olub. Rəsmən nikaha isə birgə intiharlarına bir neçə saat qalmış – 30 aprel 1945-ci ildə giriblər.

Tarix
2014.04.05 / 22:43
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla