Yuxarı

Saakaşvili məxfi əməliyyatdan danışdı: “Putin...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Gürcüstanda keçirilən seçkilərə müdaxilə edib.

Axar.az xəbər verir ki, bunu CNN televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.

“Putin güclü şəkildə Gürcüstanda keçirilən seçkilərə təsir edib. O, həmçinin, Ukraynadakı seçkiyə də təsir etməyə cəhd göstərib. Əgər Baltikyanı ölkələrin liderlərindən soruşsanız, onlar da Rusiyanın müdaxilələrindən danışacaqlar. 2008-ci ildə bizə hərbi hücumdan öncə onlar Gürcüstan hökumətinin bütün kompüterlərinə kiberhücum həyata keçirdilər. Bu kiberhücum, şübhəsiz ki, hərbi fəaliyyətin bir hissəsi idi. Onlar hətta bir dəfə Gürcüstanda həbsxanada işgəncə görüntüləri yaydılar. Sonradan bəlli oldu ki, bu görüntülər Rusiya kəşfiyyatı ilə əlaqəli olan şəxslər tərəfindən səhnələşdirilmişdi. Bu kadrlar alov kimi hər kəsə yayıldı və öz işini gördü. Onlar həmçinin bizim telefon danışıqlarımızı dinləyib, lazımi zamanlarda Rusiya veb-səhifələrinə yüklədilər. Mən Putini yaxşı tanıyıram. Onunla çox görüşüb, söhbət etmişəm. Putin həmişə Rusiya kəşfiyyat xidmətlərinin əməliyyatlarını detallarına qədər bilir. Heç kim ondan ən kiçik şeyi belə gizlətməyə cəhd edə bilməz”, – deyə Saakaşvili bildirib.

Tarix
2017.01.10 / 17:50
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla