Yuxarı

Əhməd Davudoğlunun qardaşı saxlanıldı – Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun qardaşı FETÖ əməliyyatı çərçivəsində saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə tanınmış yazar İsmət Özçelik Aydınlıq qəzetində dərc olunan köşə yazısında məlumat verib.

Jurnalistin iddiasına görə, sabiq baş nazirin qardaşı qısa müddət sonra sərbəst buraxılıb:

“Keçmiş baş nazir Əhməd Davudoğlunun səsi çıxmır. Ancaq Ankara kulislərində çox ilginc bir məlumat dolaşır. Deyilənə görə, bir neçə gün öncə Davudoğlunun qardaşlarından biri FETÖ əməliyyatında saxlanılıb.

Xəbəri dəqiqləşdirmək üçün Davudoğluya yaxın bir şəxslə əlaqə saxladıq. “Düzdür saxlanılıb, ancaq qısa müddət sonra sərbəst buraxılıb”, - cavabını verdi.

Həbs tarixi dəqiq bilinmir, gizli saxlanılır. Ancaq keçmiş prezident Abdullah Gülə yaxın iş adamlarının kütləvi həbsi hər şeyi aydınlaşdıracaq. Gül və Davudoğlunun yaxın çevrəsinin eyni anda hədəfə gəldiyi təxmin edilir”.

Tarix
2017.01.12 / 15:41
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla