Yuxarı

Avropanın məşhur liderləri Trampa müraciət etdi – Hədəf

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi və Mərkəzi Avropanın 17 məşhur siyasətçisi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa açıq məktubla müraciət ediblər.

Axar.az xəbər verir ki, müraciətdə siyasətçilər Trampın Rusiya ilə yaxınlaşmasının böyük təhdid olduğunu bəyan ediblər. Onların fikrincə, Trampın Rusiya ilə yaxınlaşması Şərqi Avropada destabilizasiyaya səbəb olacaq:

“Rusiyanın Ukraynadakı vəziyyəti destablizasiya etmək cəhdini davam etdirməsi, Krımın qeyri-qanuni anneksiyası soyuq müharibədə qələbə qazandıqdan sonra amerikalılarla avropalıların birgə yaratdığı təhlükəsizlik, stabillik və sülhə təhdiddir. Biz narahatıq ki, Rusiya ilə yeni “Böyük razılaşma” bu tarixi uğuru təhdid altında qoyar. Rusiyaya qarşı sanksiyaların ləğvi və Krımın anneksiyasının tanınması böyük səhv olacaq. Bu addım Şərqi Avropa regionlarında iqtisadi və siyasi destabilizasiyaya gətirib çıxaracaq. Bununla ABŞ Avropa və bütün dünyadakı müttəfiqləri arasında etibarını itirəcək, beynəlxalq nizam zəifləyəcək. Corc Buş və Barak Obama Rusiya lideri ilə ortaq dil tapmağa çalışdılar, lakin o, bu cəhdi özü üçün imkana çevirdi. Rusiyanın fəaliyyəti ciddi şəkildə Avropanın təhlükəsizliyinə zərbə vurub. Amerikanın böyüklüyü Putinə yox, bizə - sizin müttəfiqlərinizə lazımdır. Keçmişdə Amerika müraciət edəndə biz yükün altına girməyə razı olurduq. Biz sizinlə birgə İraqda, Əfqanıstanda olmuşuq. Biz özümüzün ümumi transatlantik təhlükəsizliyimizi müdafiə edirik. ABŞ güclü olanda, biz də güclüyük”.

Qeyd edək ki, məktuba Bolqarıstan Prezidenti Rosen Plevneliyev (öz vəzifəsini yanvarın 22-də tərk edəcək – red.), Estoniyanın eks-prezidenti Tomas Hendrik İlves, Latviyanın eks-prezidenti Vayra Vike Freyberq, Rumıniyanın eks-prezidenti Trayan Basesku, İsveçin keçmiş baş naziri Karl Bildt, Slovakiyanın keçmiş baş naziri Mikulaş Dzurinda, Çexiyanın keçmiş xarici işlər naziri Aleksandr Vondra, Çexiyanın keçmiş xarici işlər naziri Karel Şvartsenberq, Polşan XİN-in rəhbəri Radoslav Sikorski, Litva XİN-in keçmiş rəhbəri Pyatras Vaytekunas, macarıstanlı siyasətçi Matyaş Erşi imza atıb.

Tarix
2017.01.12 / 16:25
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla