Yuxarı

Rusiya müzakirəyə qoşuldu, İran inanmır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya müzakirəyə qoşuldu, İran inanmır

Hazırda Cenevrədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov İran XİN rəhbəri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin nümayəndəsi Ketrin Eştonla görüş keçirir.

Bu gecə baş tutan ABŞ-İran-Avropa Birliyi (Con Kerri-Məhəmməd Cavad-Ketrin Eşton) görüşündən sonra İranın atom enerjisi ilə bağlı danışıqlarda irəliləyişlərin olmaması barədə mənbələrin məlumatı, üstəlik Con Kerrinin yalnız gərginliklə "çox iş var" deyə açıqlamasa uzu müddət müzakirələrdən sonra baş tutan bu görüşün nəticələrini şübhə altına alır.

Bu arada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) sədri Yukiya Amanonun noyabrın 10-da İran səfəri zamanı əməkdaşlıq sazışı imzalamaq niyyətinin gerçəkləşməyəcəyi də narahatlıq yaradır.

Xatırladaq ki, İranın atom energisi məsələsinin müzakirəsi üçün noyabrın 7-də Cenevrədə "Altılıq"la İran arasında danışıqlar başlayıb. Bu danışıqlar İranın atom enerjisi əldə etməsinə problem yaradılmayacağı təqdirdə rəsmi Tehranın uranın zənginləşdirilməsinə məhdudiyyətlə qoyacağı ilə bağlı vədindən sonra başlamışdı. Bu məhdudiyyətin əvəzində İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması da istənilirdi.

Cenevrədəki görüşlər 2 gün nəzərdə tutulsa da, bu gün də davam etdirildi.

Tarix
2013.11.09 / 20:59
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla