Yuxarı

Donetsk özünü respublika elan etdi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçılar özlərini müstəqil elan ediblər.

"Axar.az" xəbər verir ki, Ukraynanın şərqində olan Donetsk vilayətindəki inzibati binaları tutan separatçılar Donetsk Xalq Respublikasını yaratdıqlarını elan ediblər.

Donetskdən olan məşhur bloqçu və jurnalist Denis Kazanski bu barədə öz bloqunda xəbər paylaşıb. O, hazırda Şəhər Administrasiyasında təmsil olunanlardan heç kimin buna qarşı çıxmadığını deyir.

Ukrayna Baş naziri Arsen Yaçenyuk Rusiyaya bağlı qüvvələrin ölkənin şərqindəki 3 şəhərdə olan dövlət və hökumət binalarını ələ keçirdiyini təsdiq edib. Xarkov, Luqansk və Donetskdə olan inzibati binaların artıq əldə olmadığını deyən Baş nazir 40 minlik Rusiya qoşunlarının sərhədə yaxınlaşdığını və 30 kilometr (19 mil) məsafədə hücum üçün əmr gözlədiyini deyib.

Hökumət rəhbəri Rusiya qüvvələrinin ölkənin ərazisnə girməyə imkan verməyəcəklərini və hərbi qüvvələrin müdafiəyə hazır olduğunu bildirib.

Xatırladaq ki, bundan öncə Ukraynanın Daxili İşlər naziri də Luqansk şəhərində nazirliyin binasının tutulduğunu bildirmişdi.

Tarix
2014.04.07 / 15:28
Müəllif
Tural İbadlı
Şərhlər
Digər xəbərlər

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla