Ana səhifə Planet |
İranın Şərqi Azərbaycan vilayətində yerli sakinlərlə məmurlar arasında toqquşma baş verib.
"Axar.az" APA-ya istinadən xəbər verir ki,
hadisə aprelin 5-də Şəbüstər şəhərinin Nadarlı kəndində baş
verib.
Belə ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin
(ETTELAAT) Şəbüstər şöbəsinin əməkdaşları azərbaycanlı fəallardan
birinin toy mərasiminə basqın edərək qarşıqlıq salıblar.
Nəticədə "Salmas" musiqi qrupunun rəhbəri Abbas Nikrəvan döyülüb və
aldığı xəsarətlərdən dolayı Şəbüstər xəstəxanasına qaldırılıb.
ETTELAAT-ın Şəbüstər şöbəsinin əməkdaşları xəstəxanadan evə
qayıdarkən azərbaycanlı fəalı Şərəfxana postunda saxlayaraq Əmakin
idarəsinə aparıblar.
A.Nikrəvan sorğu-suala tutulduqdan sonra aprelin 6-da səhər
saatlarında sərbəst buraxılıb. Məmurlar A.Nikrəvanın rəhbərlik
etdiyi "Salmas" musiqi qrupunun Səbüstər şəhərində çıxışına qadağa
qoyulduğunu bildiriblər.
Tarix
2014.04.07 / 21:38
|
Müəllif
Axar.az
|