Yuxarı

Almaniya vətəndaşlıqla bağlı gözlənilən qərarını verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya ikili vətəndaşlığa icazə verəcək ilk rəsmi addımını atıb.

"Axar.az" xəbər verir ki, Almaniya Nazirlər Kabinetinin Almaniyada doğulan miqrant uşaqlarının həm alman pasportu sahibi olub, həm də valideynlərinin ölkəsinin vətəndaşlığını qoruya bilməsini təmin edəcək qanun layihəsini qəbul edib.

Almaniya Federal Ədliyyə naziri Hayko Maas Nazirlər Kabinetinin iclasından sonra qanun layihəs ilə bağlı məlumat verib:

"Almaniyanın Vətəndaşlıq Aktı artıq təkminləşir. Bundan sonra ailələr övladları barədə qərar verərkən seçim qarşısında qalmayacaqlar və övladları birbaşa ikili vətəndaşlığa sahib olmaq hüququ qazanacaqlar".

Qanuna görə, Almaniyada doğulmuş, 21 yaşı tamam olmuş, səkkiz il Almaniyada yaşamış və ya altı il bu ölkədə təhsil almış şəxslər ikili vətəndaşlığa sahib olacaqlar. Bundan əlavə Almaniyada orta təhsil və ya peşə təhsili diplomu almış şəxslər ikili vətəndaşlıqdan faydalanacaqlar.

Qanun layihəsinin bu il ərzində reallaşacağı gözlənilir.

Tarix
2014.04.08 / 21:09
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla