Yuxarı

Rusiya ABŞ qarşısında şərt qoydu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynadakı vəziyyətlə bağlı Rusiyanın bu proseslərə bir şərtlə razı olacağını bildirib.

Məlumata görə, Sergey Lavrov Ukraynanın cənub və şərq bölgələrinində danışıqlarda iştirakı təmin olunacağı halda Moskvanin Brüssel və Vaşinqtonla şərtləri müzakirə etməyə hazır olduğunu bildirib.

"Nəzərdə tutulmuş görüşdə Ukraynanın cənub və şərq bölgələrinin də iştirakının tərəfdarıyıq ", - deyə Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında bildirib.

Onun fikrincə, Ukrayna bölgələrini bu danışıqlarda "prezidentliyə namizədlər təmsil edə bilərdi".

Sergey Lavrov qeyd edib ki, ABŞ belə bir görüşün təxminən 10 gündən sonra keçirilə biləcəyini mümkün sayır.

Qeyd edək ki, ABŞ Dövlət Katibi Con Kerri rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı zamanı yaxın günlərdə Rusiya, Ukrayna, ABŞ və Aİ-nin iştirakı ilə görüş keçirməyi təklif edib.

Rusiya XİN rəhbəri, eləcə də Moskvanın ünvanına Ukraynanın cənub-şərqində kütləvi etiraz aksiyalarını güya maliyyələşdirdiyi barədə ittihamları rədd edərək xatırladıb ki, Ukraynada "Maydan" hadisələri başlayandan kütləvi aksiyaların haradan maliyyələşdirildiyinə dair çoxsaylı məlumatların olmasına baxmayaraq, həmin məlumatlar indiyədək təkzib olunmamış qalır (ANS).

Tarix
2014.04.08 / 22:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla