Yuxarı

Avropanın peyki bu gecə Rusiyaya düşəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropanın peyki bu gecə Rusiyaya düşəcək

"Yer kürəsinin cazibə qüvvəsini öyrənmək məqsədilə kosmosa buraxılmış Avropa peyki (GOCE) Sakit okean rayonunda, bazar ertəsinə keçən gecə Rusiya ərazisinə düşə bilər". Bu haqda Rusiya Müdafiə Nazirliyinin Kosmik-Hava Müdafiəsi qüvvələri üzrə mətbuat və informasiya sözçüsü Dmitri Zenin deyib.

"GOCE" peykinin noyabrın 10-dan 11-nə keçən gecə yerə çatacağı gözlənilir. Kosmik aparatın parçalarının dəqiq hara və nə vaxt düşəcəyinin xarici faktorlardan asılı olduğu bildirilir.

1,1 ton ağırlığında olan "GOCE" (Gravity field and steady-state Ocean Circulation Explorer) 2009-cu ilin martında Plesetsk kosmodromundan "Rokot" adlanan raketin yarıdımyla kosmosa buraxılıb. Aparatda quraşdırılmış cihazlar elə həmin ay yer kürəsinin maksimal dəqiqlikdə olan cazibə qüvvəsi üzrə xəritəsinin təsvirlərini almağı təmin edib. Aparatın bortunda yerləşdirilmiş elektroaktiv mühərriklər dəqiqliyin artırılması üçün orbitə yaxınlaşıb-uzaqlaşmağa şərait yaradıb və onu düşməyə qoymayıb. Oktyabrın 21-də isə işlək kütlə - ksenonun tükənməsi nəticəsində aparat tədricən enməyə başlayıb.

Tarix
2013.11.10 / 22:42
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Hanoyda Prezidentlə xanımının şərəfinə rəsmi nahar verildi

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla