Yuxarı

Putinin xəbərdarlığına Ukraynadan gözlənilməz zərbə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin xəbərdarlığına Ukraynadan gözlənilməz zərbə

Rəsmi Kiyev rəhbərliyi mavi qazın qiymətini artıran Rusiyaya qarşı çıxaraq ödənişləri dayandırmaq barədə qərar verib.

"Axar.az" xəbər verir ki, Ukraynanın dövlət təbii qaz şirkəti "Naftoqaz"ın İdarə heyəti rəhbəri Andrey Kobolev açıqlamasında mavi qazın qiyməti haqqındakı müzakirələr yenidən başlayana qədər Rusiyaya ödənişləri dayandırdıqlarını açıqlayıb.

Kobolev Rusiyanın mavi qazın qiymətini qaldırmasında heç bir səbəb görmür:

"500 dollar məbləğində olan qiymətin bazar tərəfindən təyin olunmadığını düşünürük, bu ədalətli olmayan və qəbul edilə bilməz bir vəziyyətdir. Rusiyanın mavi qazın qiymətini qaldırması üçün heç bir səbəb görmürəm".

Qeyd edək ki, Rusiya ayın əvvəlində min kub metrlik mavi qazın qiymətini 268 dollardan 485 dollara qaldırıb və Ukraynanın ölkəyə olan mavi qaz borcunu ödəmədiyi üçün bu ölkəyə etibarını itirdiyini bəyan edib.

Maliyyə baxımdan böyük bir böhranın astanasında olan Ukraynanın Rusiyaya 2 milyard 200 milyon dollar mavi qaz borcu var. Rusiya prezident Vladimir Putin aprelin 11-də bunları əsas gətirərək mavi qazın tamamilə kəsilə biləcəyini və ya azaldılması istiqamətində addım atacaqları barədə xəbərdarlıq etmişdi.

Tarix
2014.04.13 / 10:31
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla