Yuxarı

Rus ordusu Ukraynaya girdi – Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus ordusu Ukraynaya girdi – Yeniləndi

22:37

Bu dəqiqələrdə Rusiya ordusu Luqansk səmtindən Ukraynaya girib.

"Axar.az" xəbər verir ki, bu barədə yerli ORD 02-nin jurnalistləri məlumat veriblər.

Rus ordusunun sayı və texnikası barədə bilgi yoxdur. Yalnız onu deyirlər ki, bu, Krımı zəbt edən yaşılpaltarlılardır. Onlar fərqləndirici nişana sahib deyillər.

Həmçinin bildirilir ki, əsgərləri tanklar, ağır texnika və PDM-lər müşayiət edir.

Az öncə Ukrayna Baş Qərargah rəisinin müavini də açıqlama vermişdi ki, Donbasda separatçılar deyil, hərbi birliklər əməliyyat aparır. Bu barədə admiral İqor Kabanenko öz Feysbuk səhifəsində yazıb:

"Slavyanka və Qırmızı Limanda sepatarçılar deyil, hərbi birliklər – diversiya qrupu əməliyyat aparır. Onlar separatçılara vəziyyəti gərginləşdirməkdə "yardım edirlər". Bir ritorik sual vermək olarmı: bu, davam edəcək və genişlənəcəkmi?"

Öz növbəsində Ukrayna prezidentinin səlahiyyətlərini həyata keçirən Dmitri Timçuk da xəbər vermişdi ki, Ukraynanın cənib-şərq vilayətlərində ekstremist aksiyalar Rusiya Baş Qərargahı tərəfindən idarə olunur.

22:49

Ukrayna Təhlükəsizlik Xidməti faktı təsdiqləyib. UKT-nın bu dəqiqələrdə yaydığı bəyanatda bildirilir ki, Rusiya ordusunun diversiya əməliyyatı intensivləşib və genişlənib.

Tarix
2014.04.14 / 22:49
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla