Yuxarı

Başkəsmə videolarına görə Le Pen cəzalandırlacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başkəsmə videolarına görə Le Pen cəzalandırlacaq

Avropa Parlamenti (AP) sosial şəbəkələrdə radikallığa meyilli görüntülər paylaşan Fransanın ultrasağçı Milli Cəbhə Partiyasının lideri Marina Le Penin toxunulmazlığının ləğvi ilə bağlı səsvermə keçirib.

Axar.az xəbər verir ki, səsvermə zamanı parlamentarilərdən 18-i partiya liderinin toxunulmazlığının ləğvini istəyib. Yalnız 3 deputat bu qərara qarşı çıxıb.

Səsvermə Fransanın səlahiyyətli şəxslərinin rəsmi müraciəti əsasında keçirilib. Belə ki, bununla bağlı qərar qəbul edilərsə, radikal lideri 3 ilə qədər həbs gözləyir.

Xatırladaq ki, Le Pen 2015-ci ildə öz Tvitter səhifəsində İŞİD-in başkəsmə videolarını açıq şəkildə yayımlamışdı. Onların arasında amerikalı jurnalist Ceyms Follinin öldürülməsi ilə bağlı görüntülər də vardı.

Tarix
2017.03.01 / 00:03
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla