Yuxarı

Gürcüstan Su-25-lərindən imtina edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan Su-25-lərindən imtina edir

Gürcüstan Su-25 təyyarələrini saxlamaqdan imtina edir.

Axar.az xəbər verir ki, bunu “Arsenali” jurnalına müsahibəsində Gürcüstanın Baş Qərargah rəisi Vladimir Çaçibaya söyləyib. O, Tiflis üçün Su-25-ləri döyüş vəziyyətində saxlamağın çox çətin olduğunu söyləyib:

“Bu təyyarələrin detalları üçün əsas bazar Rusiyadır. Bizim bu bazara girişimiz yoxdur. Digər bir məsələ isə bu təyyarələrdən effektli istifadə edilməməsi ilə bağlıdır. Biz bilirik ki, Rusiya yenidən hücum edəcəyi təqdirdə bizim aviasiyamızın şansı olmayacaq. Bu da daha çox Rusiyanın Abxaziya və Samaçablo ərazilərində yerləşdirdiyi raketdən müdafiə sistemi ilə əlaqədardır. Bizim təyyarələr havaya qalxdıqdan cəmi 10 dəqiqə sonra Moskva onları yox edə biləcək. Gürcüstan ordusu demək olar ki, heç vaxt Su-25-lərdən istifadə etməyib. Onlar hər zaman yerdə qalıblar ki, bu da büdcədən əlavə xərcləmələrə səbəb olub. Biz bu təyyarələri pilotsuz uçan aparatlarla əvəz etmək istəyirik”.

Tarix
2017.03.01 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla