Yuxarı

ABŞ-dan Rusiyaya Abxaziya çağırışı: "İmtina et"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan Rusiyaya Abxaziya çağırışı: "İmtina et"

ABŞ Konqresi Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməni təsdiq edib.

APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, qətnamənin təsdiqinin lehinə 410, əleyhinə isə 6 səs verilib. Sənədə əsasən, ABŞ heç bir halda Gürcüstanın hər hansı bir hissəsinə Rusiyanın de-fakto nəzarətini tanımır.

Qətnamə Rusiyanın Gürcüstana hərbi müdaxiləsini və onun ərazilərinin işğalını və eyni zamanda işğal xətti boyunca Rusiyanın qanunsuz hərəkətlərini pisləyir.

Qətnamə, həmçinin Rusiyanı Gürcüstan əraziləri olan Abxaziya bölgəsi və Sxinvali rayonunun "müstəqilliyi"ni tanımaqdan və bölgədə yürütdüyü siyasətdən imtina etməyə çağırıb.

Sənəddə konqresmenlər Amerikanın Gürcüstanla müdafiə və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq etməsinin vacibliyini qeyd ediblər.

Tarix
2017.03.03 / 00:20
Müəllif
Axar.az
Digər xəbərlər

YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla